Belarusun Minsk vilayətində mikroavtobusla yük maşını toqquşub.
Hadisə fevralın 20-də R-69 (Smoleviçi – Şatsk) magistralının 9-cu km-də MAZ markalı yük maşını ilə marşrut taksi arasında baş verib.
Qəza nəticəsində aralarında uşaq olmaqla 11 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar onlara tibbi yardımın göstərilməsi üçün xəstəxanaya aparılıb.
Bildirilir ki, Belarusun daxili işlər naziri İvan Kubrakov faciə yerinə baş çəkib.