Argentinalı futbolçu Lionel Messinin İspaniyanın “Barselona” klubu ilə salfet üzərində yazılmış ilk müqaviləsi hərraca çıxarılacaq.
Məlumata görə, hərrac martın 18-dən 27-dək keçiriləcək.
Tələb olunan qiymət 350 min avro ilə 585 min avro arasında dəyişir.
Qeyd edək ki, Messi “Barsa” ilə ilk müqaviləsini 2000-ci il dekabrın 14-də 13 yaşında ikən imzalayıb.