QafqazTimes xəbər verir ki, Rusiya Milli Təhlükəsizlik Şurasının müavini Dmitri Medvedev bu gün (cümə) bu ölkənin Donbas bölgəsində xüsusi hərbi əməliyyatlara başlamasının ildönümündə Moskvanın Ukrayna ilə müharibədə qələbə çalacağını vurğulayıb.
Medvedev Rusiya sərhədlərinə qarşı təhdidlərin aradan qaldırılmasının vacibliyini vurğulayarkən deyib: “Ukraynada müharibə ya qələbə ilə başa çatacaq ya razılaşma ilə bitəcək. Polşa sərhədlərinə qədər getməli olsaq belə, mümkün qədər ölkədən təhlükələri aradan qaldırmalıyıq”.
“Sputnik” xəbər agentliyinin məlumatına görə, o, yeni dünya müharibəsinə şərait yaradılmasının mümkün olmadığını bəyan edərək deyib: “Ona görə də xüsusi hərbi əməliyyatların bütün məqsədlərinə nail olmaq vacibdir. Biz hamımız tez bir zamanda qalib gəlib torpaqlarımızı geri qaytarmaq, uzun illər ərzində soyqırıma məruz qalan xalqımızı qorumaq istəyirik.”
Keçmiş Rusiya prezidenti neonasizmin kökünün kəsilməsinin zəruriliyini vurğulayarkən belə deyib: “Belə ki, gələcəkdə Rusiya meşələrində onların qalıqlarını ovlamağa vaxt itirməyək və dünya çoxdan intizarında olduğu sülhə çatsın.”
Bu xəbərə görə, Medvedev Rusiya ordusunu tərifləyərək deyib: “Əsgərlərimiz torpağımızda asayişi, sülhü və ədaləti bərpa edib və neonasizmin köklərini məhv edirlər. Onlar qəhrəmandırlar.”
Sputnik-in məlumatına görə, o, əlavə edib: “Rusiyanın qələbəsindən sonra təbii ki, Zelenski sağ qalacağı təqdirdə onunla çətin danışıqlar aparılacaq.”
Qeyd edək ki, bundan öncə Rusiya prezidenti Vladimir Putin müharibə veteranlarına Vətənin Müdafiəçiləri Günü münasibətilə ünvanladığı təbrik mesajında Moskvanın öz müdafiə qabiliyyətini əvvəlkindən daha çox gücləndirdiyini bəyan etmiş və ölkənin nüvə şəbəkəsinin gücləndirilməsini vurğulamışdı.