QafqazTimes.com Forbes-ə istinadən xəbər verir: Media rəhbərləri harassment (sataşma, əl atma) hallarının mövcudluğunu inkar etsələr də, 22 faiz xanım jurnalist seksual və fiziki zorakılığa məruz qaldığını bildirir. WAN-IFRA assosiasiyası və Anri-Media qrupunin (RF) 3 dekabr araşdırmasına əsasən seksual zorakılıq 22 faiz jurnalist xanımı əhatə edir. Hadisələrin 39 faizində aqressor kişi əməkdaşdır. Harassmentdə rəhbər işçilərin payı 19 faizdir. Daha çox televiziyadakı xanımlar zorakılığa məruz qalır: 55,1 faiz! Zorakılığa məruz qalanların yalnız 25 faizi rəhbərliyə şikayət edir. Şikayətlərin 42,8 faizində heç bir ölçü götürülmür.
Mediada dörd xanımdan biri seksual zorakılığa məruz qalır!
Əvvəlki yazı