Amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsindən əldə etdiyi gəlirin bir hissəsini xəstəxanalara və fələstinlilərə tibbi yardım göstərən beynəlxalq humanitar təşkilata yönəldəcəyini açıqlayıb.
Bu barədə o, özünün sosial şəbəkə hesabından elan edib.
“X” korporasiyası Qəzza müharibəsi ilə bağlı bütün reklam və abunə gəlirlərini İsraildəki xəstəxanalara və Qəzzadakı Qızıl Xaç/Aypara Cəmiyyətinə bağışlayacaq”, – deyə Mask bildirib.
Milyarder onların necə xərclənəcəyinə nəzarət edəcəyini də vurğulayıb.