Rusiyada baş verən dəhşətli hadisəni şahidlər lentə alıb.
Park halında olan minik avtomobili qəfildən alışıb. Bunu görən yanan avtomobilin yanında dayanmış “Qazel” markalı maşının sürücüsü öz əmlakını qorumaq istəyib. O arxa qapıdan salona daxil olaraq sükan arxasına keçib. Videoda da göründüyü kimi artıq “Qazel”in salonu tüstülənməyə başlayıb. Tüstünün təsirindən huşunu itirən sürücü maşını qarşıdakı binaya çırpıb. Ətrafdakılar köməyə çatmaq istəsələr də bu mümkün olmayıb. Avtomobil tamamilə alışıb. Sürücü yanaraq faciəvi şəkildə dünyasını dəyişib.
Sözügedən görüntüləri təqdim edirik: