Kanadanın Baş naziri jurnalistlərə dedi:
“İlk növbədə, həmişə vurğuladığım kimi, bizim ABŞ ilə ticarət əlaqələrimizin istiqaməti dəyişirr. Bir neçə ay əvvəl, ABŞ-nin ilk gömrük tarifləri müzakirələri başlayanda, Kanadanın bəzi tanınmış simaları ABŞ ilə gömrük ittifaqı yaratmaq və ya iqtisadi yaxınlaşma təkliflərini irəli sürdülər.
Lakin aydındır ki, belə bir strategiya çox riskli, yanıldıcı və məncə, səhvdir. Bu yol Kanadanın iqtisadiyyatı və suverenliyi üçün böyük risklər yarada bilər.
Bəzi xüsusi sahələrdə müzakirə oluna bilər, amma ümumi siyasət kimi ABŞ ilə daha sıx iqtisadi yaxınlaşma baxışı artıq köhnəlib.
ABŞ ilə müdafiə və təhlükəsizlik əlaqələrimiz hələ də davam edir və bu sahədə ən vacib əlaqədir. Lakin iqtisadi sahədə müstəqil və ağıllı bir yol tutmalıyıq.”
Qafqaztimes