Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində var qüvvəsi ilə çalışacağını bildirib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Fransa prezidenti Emmanuel Makron avqustun 24-də Le Point qəzetinə müsahibəsində deyib: Bizim diplomatiyamız şəffafdır. Mən bu mühasirəni pislədiyim üçün təəssüflənirəm. Dağlıq Qarabağ konflikti çox mürəkkəbdir. Bəli, Fransa dövləti 2020-ci il müharibəsinə qınaqla yanaşaraq bir sıra humanitar aksiyalar da təşkil edib. Bu gün isə biz Ermənistanla Azərbaycan Respublikası arasında sazil üçün əlimizdən gələni etməyə hazırıq.
Qeyd edək ki, Ermənistanın mediaları Le Point qəzeti müxbirinin israrlarına baxmayaraq Makron Qarabağdakı vəziyyət barəsində “soyqırım” sözünü işlətmədiyindən narazılıq edərək yazırlar ki, Makron belə deyib: Mən bu termindən belə tələsik istifadə etməzdim. Laçın dəhlizinin bağlanması ilə əlaqədar qeyri-məqbul humanitar situasiya yaranıb… Biz həmişə bunu demişik və xalqların suverenliyinə tərəfdarıq. Dağlıq Qarabağ məsələsi, həm də xalqların bərabərliyi baxımından mürəkkəb məsələdir. Mən bu məsələdə sərt xətt təklif edənlərin əksəriyyəti ilə razı deyiləm. Bugün biz hər şeyi edirik ki, Ermənistan və Azərbaycan arasında möhkəm sülhə imkan verəcək, habelə xalqları və mədəniyyətləri müdafiə edəcək razılaşma tapılsın. Belə bir sülh müqaviləsi zəruridir, lakin o beynəlxalq hüquqa əsaslanmalıdır.