QafqazTimes xəbər verir ki, ölkəsi əvvəlki nüvə sazişi danışıqlarında və İran sanksiyalarının ləğvi ilə bağlı keçirilən Vyana danışıqlarında pis polis rolunu oynayan Fransa prezidenti Emmanuel Makron bir daha Tehrana qarşı əsassız iddialarını təkrarlayıb.
“Əl-Hədəs” telekanalına müsahibə verən Makron İranın təhdidlərinin Qərbi Asiya hüdudlarını aşdığını iddia edərək, İranın dünyadakı təhdidlərinə qarşı mübarizə üsulunun dəyişilməli olduğunu bildirib.
O, çərşənbə günü “Şarm əl-Şeyx” iqlim konfransı çərçivəsində keçirilən və bazar ertəsi axşam Əl-Ərəbiyyə kanalında yayımlanan bu müsahibədə iddia edib: “İranın təhdidləri ilə mübarizə aparmaq üçün mütəşəkkil şəkildə hərəkət etməliyik.”
Fransa prezidenti əsas hədəfləri xalqın məişəti və güzəranı olan sanksiyalara rəğmən iranlılara dəstək jesti ilə çıxış edərək, iddia edib: “Biz İran xalqının sanksiyalardan zərər görməyəcəyindən əmin olmalıyıq.”
Digər tərəfdən Almaniya hökumətinin sözçüsü bazar ertəsi elan edib ki, İran İslam Respublikasına qarşı yeni sanksiyalar paketinin tətbiqi istiqamətində iş gedir.
Bundan əvvəl Fransa prezidenti Benyamin Netanyahunu Knesset seçkilərində qələbəsi münasibətilə təbrik edərək, ikitərəfli məsələlər və İran barədə müzakirələr aparmaq üçün onu Parisə dəvət edib.