Bəzi ölkələrin bu gündən Ramazan ayına daxil olmasını nəzərə alaraq Venesuela prezidenti fələstinlilərlə həmrəy olduğunu elan edərək onları Ramazan bayramı münasibətilə təbrik edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nikolas Maduro dünən axşam bütün müsəlmanları mübarək Ramazan ayının gəlişi ilə təbriklə yanaşı Fələstin xalqı ilə həmrəy olduğunu elan edib.
Məlumata görə Maduro deyib: Bu mübarək ayda Venesuela mübariz Fələstin xalqı başda olmaqla müsəlmanların kənarındadır.
Xatırladaq ki, Qəzzədə aclıq, xəstəlik və sanitariyanın bərbad vəziyyətində belə möhəm iradəli Fələstin xalqı mübarək Ramazan ayında dini vaciblərini yerinə yetirmək üçün əzmlə hazırlaşırlar.