Elvis Preslinin 1970-ci illərdə, ölümündən bir müddət əvvəl uçduğu dəbdəbəli şəxsi təyyarəsi hərracda satılıb. Qırx ilə yaxındır ki, təyyarə səhrada boş dayanıb. “1962 Lockheed 1329 Jetstar” üçün başlanğıc təklif 100 min dollar olub, lakin yekun qiymət 260 min dollar təşkil edib. Telefonla təklif verən alıcı anonim qalmaq istəyib.
Qeyd edək ki, təyyarə 1976-cı ilin dekabrında Elvisin ölümündən əvvəl 840 min dollara alınıb. Daha sonra təyyarə 2017-ci ildə onu hərracda 430 min dollara alan iş adamı Cim Qaqliardiyə məxsus olub.
Qeyd edək ki, “1962 Lockheed 1329 Jetstar” Preslinin şəxsi təyyarələrindən yalnız biri olub. Onun “Lisa Marie” adlı xüsusi “Convair 880” və daha bir “JetStar” təyyarəsi var idi.