Rusiyada məşhur “Tinkoff” bankının təsisçisi və iş adamı Oleq Tinkov italyan müğənni Andrea Boçelli ilə oxuyandan sonra xoşagəlməz vəziyyətə düşüb.
Bu barədə o, özünün sosial şəbəkə hesabından paylaşım edib.
Kadrlardan görünür ki, Tinkov italyan ifaçısı ilə duetdə coşqu ilə “O sole mio” mahnısını oxuyur. Mahnı bitdikdən sonra ilhamlanmış biznesmen ifaçıya tərəf sağ əlini qaldıraraq “beş vurmaq” istəyir, ancaq Boçellinin görmə məhdudiyyətli olduğunu unudur. Beləliklə, Tinkovun əli yöndəmsiz vəziyyətdə havada qalır.
Qeyd edək ki, Oleq Tinkov Rusiyadakı xarici agentlər reyestrinə daxil edilib.
1 şərh
Ive read several just right stuff here Certainly price bookmarking for revisiting I wonder how a lot effort you place to create this kind of great informative website