Qafqaztimes xəbər verir ki, Mərakeş xalqı çərşənbə gecəsi “Ədl vəl-İhsan” islami hərakatına yaxın “Fələstinin Müdafiəsi və Normallaşma Əleyhinə Mərakeş Cəbhəsi”nin dəvəti ilə küçələrə çıxıblar.
Etirazçılar “məhsiyyətli razılaşma” adlandırdıqları sionist rejimlə kompromis razılaşmasının ləğvi üçün şüarlar səsləndiriblər.
Onlar öz şüarlarında bildiriblər: Mənim torpağım olan Mərakeş azaddır və sionistlər buradan çıxmalıdır! Fələstin müqavimət göstərir, rejimlər isə güzəştə gedir! Sionizmə lənət olsun! Fələstin bizim gözümüzün üstündədir, Mərakeş və Fələstin bir millətdir! Normallaşmaya yox!
Əl-Xəlic Əl-Cədid saytının məlumatına görə, bəzi şəhərlərdə, o cümlədən Mərakeşin paytaxtı Rabatda etirazçıları dağıtmaq üçün təhlükəsizlik qüvvələri yerləşdirilib.
Mərakeşli nümayişçilərdən olan Əbdül Səməd Fəthi bildirib ki, Fələstini işğal edən sionistlər Mərakeşin işğalına, onu iqtisadi, siyasi və sosial baxımdan məhv etməyə çalışırlar.