London sakini Finley Qlenin ünvanına 1916-cı ildə yazılmış məktub göndərilib.
“Biz onun üzərində 16-cı il yazıldığını gördük. Buna görə də 2016-cı il ola biləcəyini düşündük. Sonra markanın üzərində kraliçanın deyil, kralın şəklinin olduğunu gördük və qərara gəldik ki, bu, 2016-cı il ola bilməz”, – deyə Finley Qlen bildirib.
O, məktubu yerli tarix cəmiyyətinə aparıb ki, daha ətraflı öyrənilsin.
Zərfin üzərində Kral V Corcun təsviri olan möhür var. Məktub Birinci Dünya müharibəsinin qızğın zamanında göndərilib.
“Biz məktubun çox köhnə olduğunu başa düşdükdən sonra qərara gəldik ki, onu aça bilərik”, – deyə Qlen qeyd edib.
Məlum olub ki, məktub İngiltərənin qərbindəki Bat şəhərindən göndərilib. Məktubu yazan isə çay taciri olan Henri Tyuk Mennelin qızı Kristabel Mennell olub və məktub yerli marka taciri Osvald Marşın həyat yoldaşı olan Keti Marşa ünvanlanıb.
Bununla belə məktubun Qlenin mənzilinə necə gəlib çatdığı sirr olaraq qalır.