Livanın siyasi analitiki Nasir Qəndil Amerikanın dünyada fiyaskosunun Suriya və Yəməndən başladığını ifadə edərək deyib: Bu gün Yəmən regionda çox böyük gücə sahib olub və sionistlər əbəs yerə yəmənlilərdən qorxmurlar.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Qəndil regionda Yəməni güclü bir ölkəyə çevirən modern raket istehsalından söz açaraq qeyd edib: Bu günlərdə regionun təhlükəsizlik təminində böyük rolu olan Yəmənin nailiyyətləri sionistlərin göz dağıdır. Onlar Yəməndən qorxduqlarını dilə gətirməkdən belə çəkinmirlər.
Nasir Qəndil regionun təhlükəsizliyinin Yəmənlə sıx əlaqəli olduğunu vurğulayaraq deyib: Bu ölkə dünya proqnozlarını pozdu və böyük nailiyyətlər qazandı. Müqavimət mehvərinin hər iki tərəfi olan Livan Hizbullahı və Yəmən Ənsarullahı işğalçı rejimi vəhşətə gətirir.