QafqazTimes xəbər verir ki, sionist mediası işğal olunmuş ərazilərin şimalında Livan sərhədi yaxınlığında partlayış səslərinin eşidildiyini yazıb.
Məlumata görə, İsrail ordusu baş verən hadisəni və ona mümkün cavabı araşdırır.
Bəzi qeyri-rəsmi xəbər mənbələri Livandan sionist qəsəbəsi ətrafındakı əraziyə iki raket atıldığını bildirir.
İsrail ordusu buna reaksiya olaraq Livandan Aşlumi qəsəbəsinə bir raket atıldığını, lakin itkilərin olmadığını bildirib.
Əl-Ərəbi Əl-Cədid xəbər saytı bazar günü bildirib ki, İsrail ordusu müqavimət raketləri qorxusundan tam hazır vəziyyətdədir, işğal altındakı Qüds yaxınlığında 1400 hərbçi yerləşdirilib. Bundan əlavə, sionist yaraqlıların daha 12 batalyonu Yaşıl Xətt təmas xətti boyunca yerləşdirilib.