Livan Hizbullahı sionist rejimin 4 hərbi düşərgəsini hədəfə alması barədə bəyanat yayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan Hizbullahının bu gün (14 iyun) yaydığı bəyanatda deyilir: Bu gün müqavimət döyüşçulərimiz sionist işğalçıların 4 hərbi düşərgəsini vurdu.
Hizbullahın bir bəyanatında deyilir: Sionist rejimin Xolleverde düşərgəsində hərçilərin toplşadığı məkanı hədəfə aldıq.
İkinci bəyanatda deyilir: İşğal olunmuş torpaqlarda olan Kəfərpuşa yüksəkliklərində yerləşən Əl Rəsma hərbi düşərgəsini raketlə vurduq.
Üçüncü bəyanatda Hizbullah elan edib: Qəzzə xalqına dəstək məqsədilə sionistlərin Əl Səmaqə hərbi düşərgəsini hədəf aldıq və müsbət nəticələr verdi.
Hizbullahın 4-cü bəyanatı Fələstin xalqına dəstək və müqavimət dəstələrinə arxa durmaq məqsədilə sionist rejimin Əl Məttələ hərbi düşərgəsinin münasib silahla hədəfə alındığı qeyd edilir.