Livan parlamentinin nümayəndələri 2 ildən çox davam edən boşluqdan sonra prezident seçkiləri üçün 13-cü iclasına start verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, bu gün (9 yanvar) Livan parlamentinin bütün nümayəndələrinin iştirakı və parlament sədri Nəbih Berrinin rəhbərliyi ilə parlamentdə səsvermə keçiriləcək.
Keçmiş prezident Mişel Aunun səlahiyyət müddəti 2022-ci ilin oktyabrında başa çatıb.
Prezident postuna əsas namizədlər Livan ordusunun komandiri Cozef Aun və keçmiş maliyyə naziri Cihad Azurdur.
İndiyədək Livan parlamenti prezident seçilməsi ilə bağlı bir neçə görüş keçirsə də, namizədlərdən heç biri səslərin üçdə ikisini qazana bilmədiyi üçün nəticə əldə edilməyib.
Qeyd edək ki, Mərdə hərəkatının rəhbəri və Hizbullahın dəstəklədiyi namizəd “Süleyman Francie” geri çəkildikdən sonra bu gün yarışan üç tanınmış namizəd Joseph Aoun, Cihad Azour və Elias Al-Bissaridir.