Livan İslami Müqaviməti əməliyyat kabineti bəyanat yayaraq İsrail ordusu ilə mübarizədə yeni mərhələyə daxil olduqlarını elan edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan İslami Müqaviməti əməliyyat kabinetinin bu gün (18 oktyabr) yayımladığı bəyanatda deyilir: Komandanlığın fərmanı ilə yeni əməliyyatlara başlayır və mqəsədimizə yetişməyənə qədər bu əməliyyatları davam etdirəcəyik. İsrail ordusuna ağır zərbələr endiririk. Onların yüksək keyfiyyətli modern texnikalarına ziyan vurub canlı qüvvələrinə tələfatlar yaşadırıq. Bu əməliyyatlar işğal olunmuş Fələstin torpaqlarında və Livanın cənub bölgələrində keçirilir.