Livan müqaviməti sionist rejim hərbçilərinin sərhəd bölgələrinə nüfuzetmə cəhdlərini nakam qoyub.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hizbullah Hərəkatıbu gün səhər (6 oktyabr) bəyanat yayaraq İsrail ordu qüvvələrinin Livan sərhəd bölgəsi olan Bilda qəsəbəsinin Xəllətu Şuəyb məntəqəsinə soxulma cəhdlərinin qarşısını almasından xəbər verib.
Bəyanatda deyilir: Qəzzə zolağında şərəfli Fələstin xalqına dəstəkŞ Livan xalqının hüquqlarının müdafiəsi istiqamətində (6 oktyabr) gecəyarısı saat 00:10-da sionist düşmən hərbçilərinin Xəllətu Şuəyb məntəqəsinə nüfuzunun qarşısı alındı və artilleriya atəşləri ilə sionistlər geri çəkilmək məcburiyyətində qaldı. Bu əməliyyatda sionist ordusunda ciddi tələfat da müşahidə edildi.