Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan müqaviməti bu gün (1 oktyabr)bəyanat yayaraq Tel-Əvivdəki “Mossad” qərargahına raket zərbələri endirildiyini deyib.
Məlumata görə Hizbullahın hədəflərindən biri də İsrailin radio-elektron kəşfiyyat dəstəsinin yerləşdiyi Gililot hərbi bazasıdır.
Livan Hizbullahı ümumi əlaqələr şöbəsinin müdiri Məhəmməd Əfif bu məlumata aydınlıq gətirərək deyib: Sionistlərin Livan torpaqlarına daxil olması barədə iddialar sırf yalandır. Amma bizim Mossad qərargahına bu hücumumuz başlanğıcdır.
Məhəmməd Əfif həmçinin indiyə qədər Livan qüvvələri ilə sionist hərbçilər arasında birbaşa quru mübarizəsi olmadığını da vurğulayıb.