Livan Müqaviməti sionist rejimi məğlub etmək üçün prioritetliyinə işarə edərək, müqavimət qüvvələrinin tezliklə qaçqınların Beyrutun ətrafına qaytarılacağını vurğulayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Hizbullah hərəkatının informasiya şöbəsinin rəhbəri Məhəmməd Əfif dünən (12 oktyabr) deyib: Sionist rejimi cinayətlərindən çəkindirmək üçün yeganə yol beynəlxalq ictimaiyyət deyil, müqavimətdir. Düşmən çoxlu sayda əsgər və briqadasını yerləşdirsə də, bu ana qədər irəliləyə bilməyib.
Məlumata görə sionist informasiya qaynaqları işğal altındakı Fələstinin şimalında yerləşən Əl-Cəlil bölgəsində təhlükə sirenlərinin səslənməsindən bir saat əvvəl elan ediblər. Bu mənbələr Hizbullah hərəkatının raket və dron hücumlarından sonra “Marqalyot”, Əl-Cəlil və Əl-Mənara kimi bölgələrdə həyəcan siqnallarının çaldındğını bildirib. Hizbullahın hücumlarının raket və pilotsuz təyyarələrin birləşməsindən ibarət olduğuna diqqət çəkən bu media, “Yuxarı Cəliliyyənin Maro bölgəsində də insanlar sığınacaqlara yerləşdirilib.