Livan XİN başçısı sionist rejimin rabitə qurğuları ilə dinc insanların həyatına zərbə vurmasını terrorizmin aşkar nümunəsi kimi dəyərləndirib.
Əl Aləm telekanalının məlumatına əsasən, Abdullah Bu Həbib dünən gecə (20 sentyabr) BMT Təhlükəsizlik Şurasının illik iclasında sionist rejimin son günlərdə Livanda peycer qurğuları ilə dinc insanların həyatına zərbə vuran kiberhücumlara işarə edərək deyib: Bu hücumlar TŞ tərəfindən rəsmi surətdə diqqət mərkəzinə çəkilməzsə, bu qurumun etibarsızlığına dəlalət etməkdən əlavə, gələcəkdə böyük təhlükələr yarada bilər.
Pager rabitə qurğularından istifadə edən dinc insanların günahının nə olduğunu vurğulayan Bu Həbib əlavə edib: İsrail rejiminin tibb işçilərinin fövqəladə vəziyyətdə istifadə etdiyi cihazı partlatması terrorçuluqdan başqa nə məna daşıya bilər? Bu, insanları qorxudub, onları böhranlı bir həyata sövq etdirmək, bir növ psixoloji gərginlik yaradan bir vəhşikdən başqa bir şey deyil.
Bu Həbib bir daha sionist rejimin Livana kiberhücumlarını beynəlxalq qanun pozuntusu adlandıraraq dünya miqyasında bu cinayətkarın cəzalandırılmasını tələb edib.