Livan Hizbullahı bəyanatla ölkənin cənubunda yerləşən Zibgin yaxınlığında sionist rejimə məxsus bir dron vurduğunu -elan edib.
Fars İnformasiya agentliyinin məlumatına əsasən, dünən (26 iyun) günorta çağı Hizbullah Hərəkatı qüvvələri Livanın Vadiəl Əziyyə məntəqəsində İsrail ordusuna aid bir dronu məhv edərək zərərsizləşdiriblər.
Məlumatda deyilir: İsrailə aid R-Copter 1000 tipli dronu Fələstinin şimalından Livanın hava sərhədinə daxil olub və 7 kilometr irəliləyib. Yüksək keyfiyyətli kamera ilə təchiz olunmuş bu dronun uzunluğu 170 sm, eni isə 200 sm-dir.
Modern tipli bu dron ehtimal üzrə İsrailin yeni istehsalıdır. Çünki dronun qanadında mühərrikli kvadrokopter növü var. belə ki, bu kvadrokopter sürət, uçuş müddəti və mənzilin artmasına kömək edir. Həmçinin qanadları hərəkət etmə qabiliyyəti onun külək zamanı dayanıqlığını daha da artırır.
