Yəmənin Ənsarullah hərəkatının rəhbəri Qəzzə və Məscidül-Əqsanın müdafiəsini bütün müsəlmanlar üçün müqəddəs vəzifə hesab edib və deyib: Təəssüf ki, bəzi müsəlmanlar düşmənlə həmrəydirlər.
Qafqaztimes xəbər verir ki, Yəmən Ənsarullahının lideri Seyid Əbdülməlik əl-Husi cümə axşamı çıxışında deyib: Sionist rejim 321 gündür ABŞ və Avropanın həmkarlığı ilə Qəzzə xalqına qarşı əsrin cinayətini törədir.
O əlavə edib: “Sionist rejim” Qəzzədə bombardman, aclıq, xəstəlik törətmək, işgəncə və digər cinayətlərlə soyqırım törədir.
Seyid Əbdülməlik əl-Husi Qəzzə və Məscidül-Əqsanın müdafiəsini bütün müsəlmanlar üçün müqəddəs vəzifə hesab edərək deyib: “Təəssüf ki, bəzi müsəlmanlar düşmənlə həmrəydirlər. Fələstin xalqının köməyindən daşınmağın nə qədər təhlükəli olmasını xalqa çatdırmaq ilə əlaqədar ruhanilərin və ziyalıların üzərinə düşən məsuliyyət böyükdür.”
O, Fələstin xalqının köməyindən qaçmağı ərəb və islam xalqları üçün təhlükə və düşmənlər üçün fürsət hesab edib.
Yəmənin Ənsarullah lideri Kolumbiyanın Qəzzəyə dəstək məqsədilə sionist rejimə kömür ixracını qadağan edən hərəkətinə toxunaraq dedi: Bəzi ərəb rejimləri isə düşmənə mal ixracını davam etdirməklə yanaşı, Fələstin xalqına dəstək olanları həbs edir, ya da cərimələyir, işgəncələrə məruz qoyur və hətta sürgün edir.
O xatırladıb: Sionist rejim Hizbullahın , müqavimət cəbhəsinin, Yəmən və İranın cavab zərbəsinin intizarında səksəkədədir.
Seyid Əbdülməlik Husi Yəmən cəbhəsinin Fələstin xalqına dəstəyi haqqında hesabatında deyib: “Keçən həftə tərəfimizdən ballistik raketlər, pilotsuz təyyarələr və qayıqlardan istifadə etməklə 21 hücum həyata keçirilib. Sionist rejim isə 5 hava hücumu həyata keçirib. Bu hücumlar Yəmən xalqının Qəzzaya dəstəyini dayandıra bilməyib. “
Al-alam