Sionist rejimin eks-baş naziri İsrail ordusunun Hizbullah raketləri qarşısında aciz qaldığını etiraf edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Avidqor Liberman bu gün (24 avqust) X sosial media hesabında yazıb: İsrailin şimalında yüzlərlə raket və dronların yağması Netanyahu kabinetinin Hizbullah qarşısında acizliyini sübut edir.
Liberman əlavə edib: Şimal cəbhəsində baş verən hadisələri nəzərə alarıqsa, Hizbullahın Netanyahu kabinetinin gücündən qat-qat üstün olduğunun şahidi olarıq.
Liberman vurğulayıb: Bu kabinetin işə davam etmək ləyaqəti yoxdur!
Qeyd edək ki, İsrailin 12-ci kanalı dünən (23 avqust) Hizbullahın yüzlərlə raket və dronla sionist qəsəbələrinə hücum etdiyindən xəbər verib.