Qafqaztimes xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı bildirib ki, Moskva öz tərəfdaşları ilə təmasda Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) şərqə doğru hərəkət etməməsini vurğulayacaq və münasib cavab gözləyəcək.
Lavrov Qərbin Rusiya ilə gərginliyi artırmaq səyləri barədə deyib: “NATO-nun Gürcüstan və Ukraynanı alyansa daxil etmək istəyi Avropanın qəlbində saatlı bomba kimi olacaq. Qərb Ukraynaya silah verir və onu Denbas bölgəsindəki münaqişənin mümkün hərbi yolla həllinə çəkir.”
Sputnik-in məlumatına görə, o, ABŞ dövlət katibi Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib: “Rusiya prezidenti Vladimir Putin bütün tərəflərin maraqlarına xidmət edən konsensusa nail olmaq üçün dinc dialoq təklif edib. Putin NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair uzunmüddətli hüquqi təminat almaq üçün Qərblə danışıqlar aparmağı təklif edib.”