Qafqaztimes xəbər verir ki, ABŞ rəsmiləri və Avropa müttəfiqlərinin Əfqanıstanın paytaxtında törədilən terror aktları ilə əlaqədar olaraq İŞİD-in yaratdığı təhlükəyə qarşı mübarizə aparmağın zəruriliyinə dair açıqlamalarının ardınca, Rusiya xarici işlər naziri Qərbin terrorçulara qarşı ikili mövqeyini tənqid edib.
Rusiyanın Tass xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü Rusiyanın Suriya ilə bağlı mövqeyi və Qərb ölkələrinin addımları ilə bağlı açıqlama verib.
Rusiya xarici işlər naziri, Moskvanın Suriyada siyasi bir proses üçün şərait yaratdığını və bu prosesin zəif olmasının Rusiyanın suçu olmadığını bildirib.
Rusiya xarici işlər naziri Suriyadakı böhranın siyasi həllinin zəifləməsi ilə nə demək istədiyini daha ətraflı izah etməyib.
Lavrov Qərbin Suriya ilə bağlı mövqeyini qınayaraq, onların Suriya prezidenti Bəşər Əsədi devirmək üçün terrorçulardan açıq şəkildə istifadə etdiyini söyləyib.