Latviya parlamenti cadugəri işə götürüb.
Bildirilir ki, Seymin deputatı Natalya Marçenko-Yodko Latviyada tanınmış cadugər Sanita Petereni özünə köməkçi götürüb.
“Cadugər Seymdə ola bilməzmi? İnanıram ki, biz siyasətdə çox vacib və faydalıyıq”, – deyə Petere bildirib.
O əlavə edib ki, Latviyada cadugərlərin çoxu siyasətə yaxındır.
Qeyd olunur ki, cadugər Sanita Petere Latviyada tanınmış loğman və litoterapevtdir.