İsrailin keçmiş baş naziri yeni nazir Benyamin Netanyahunun “məhkəmə islahatı” layihəsindən geri çəkilməsinə reaksiya verərək kinayə ilə “Ölkəni başqası idarə edir” deyib.
Əl-Aləm telekanalının məlumatına əsasən, Yair Lapid İsrailin ədliyyə naziri tərəfindən idarə edildiyini, realda bütün işlərin baş nazirin Yarif Livin əlində olduğunu vurğulayıb.
Ötən gün İsrail prezidenti Hertzoq demişdi ki, hal-hazırda biz iki yol ayrıcındayıq: Tarixi böhran və təyinedici bir an. İsrailin vətəndaş müharibəsindən uzaq olduğunu düşünənlər, səhv edirlər.
O, həmçinin 3 gün əvvəl də ölkəsinin iqtisadi, siyasi, təhlükəsizlik və ictimai cəhətdən çox gərgin bir şəraitdə olduğunu qeyd edərək xalqın rəyinə hörmətlə yanaşılmasını təklif etmişdi.