Sionist rejim müxalifətinin liderlərindən biri baş nazir Benyamin Netanyahunun İsrailin siyasi vəziyyətini islah etmək qüdrətinin olmadığını vurğulayıb.
İRNA-nın bugünkü (7 iyun) məlumatına əsasən, Yair Lapid deyib: Korrupsioner nazirlər kabineti artıq öz qüdrətini itirib və İsraili bu çətin vəziyyətdən çıxara bilməz.
Lapidin bu sözləri elə bir zamanda deyilib ki, İsrail televiziyası digər müxalifət lideri Benni Gantsın sabah istefa vermə ehtimalı barədə xəbərlər yayımlayır. İsrail müharibə kabinetinin üzvü və digər müxalifət lideri Benni Gants Netanyahuya tələblərini yerinə yetirməzsə iyunun 8-də istefa verəcəyini deyib.
İsrail rejimi müxalifət başçısının müharibə kabinetindən istefa xəbərlərindən sonra ABŞ prezidenti Co Bayden baş nazir Netanyahudan bu kabinetin ləğvi barədə qəti qərar verməsini istəyib.