İsrailin müxalifət rəhəri girovların qaytarılmadığı təqdirdə Tel Əvivin müharibədə qalib gəlməsinin mümkün olmadığını deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Yair Lapid Tel Əvivdə girov ailələrinin etiraz aksiyasındakı çıxışında deyib: Razılaşma bir o qədər də asan iş olmayacaq. Amma girovların qaytarılması üçün sərf olunan zaman və bədəlin də dəyəri var və biz bu bədələ dəstək olacağıq. Bununla belə, girovlar qaytrılmazsa, qələbə qazanmaq mümkün deyil.
Qeyd edək ki, dünən axşam (16 mart) hökumət əleyhinə Təl-Əvivdə keçirilən etiraz aksiyasında polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
Aksiya iştirakçıları girovların azad edilməsi və erkən seçki tələbi ilə magistral yolu bağlayıblar. Bununla yanaşı, aksiya iştirakçıları İsrailin baş naziri Benyamin Netanyahunun istefasını tələb edirlər.
Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma baş verib, ən azı bir aksiya iştirakçısı saxlanılıb.
Aksiya iştirakçılarının magistral yolu bağladığı Qüdsdə də etiraz aksiyası keçirildiyi deyilir.