Avropa Kosmik Agentliyi Marsda uzunluğu 4 min km-dən çox olan “Marineris” vadisinin heyranedici mənzərəsini göstərən yeni videoçarx nümayiş etdirib.
Videoda kəsişən kanyonlar kompleksi olan və 1200 km-ə qədər uzanan “Gecənin Labirinti”nin (“Noctis Labyrinthus”) heyrətamiz mənzərəsi də təqdim olunub.
Qeyd edək ki, bu kanyonların dərinliyi 6 km-ə çatır. Müqayisə üçün deyək ki, Everestin hündürlüyü 8,8 km-dir.