Koreya Xalq Demokratik Respublikası (KXDR – Şimali Koreya) ABŞ və Cənubi Koreyanın düşmən hərəkətlərinə cavab olaraq “Hwasong-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Raketin 6 518,2 km maksimum uçuş hündürlüyündə 1 002,3 km məsafəni 4 415 saniyəyə qət edə bildiyi bildirilir.
“Raket dəqiqliklə nəzərdə tutulan akvatoriyaya dəyib”, – deyə qeyd edilir.
Şimali Koreya lideri Kim Çen In bildirib ki, “Hwasong-18” qitələrarası ballistik raketinin sınağı ABŞ-ın “səhv qərar” qəbul edəcəyi təqdirdə Şimali Koreyanın nəyə hazır olduğunun göstəricisidir.