Küveyt xarici işlər nazirliyi son günlərdə İsveçin Malmeo şəhərində Qurani Kərimə olan hörmətsizlik və yandırılmasının təkaralanmasına kəskin reksiya verib.
Əl aləm telekanalının məlumatına əsasən, Küveyt XİN-nin yaydığı bəyanatda deyilir: Bu bəyənilmə rəftar İsveç rəsmilərinin məlumatlı olduğu bir halda baş verdiyi üçün heç bir əsaslandırma qəbul edilməzdir. Bu çirkin rəftar bütün insani prinsip və dəyərlərə zidd, müsəlmanları hiddətləndirmək üçün davam edən prosesdir.
Küveyt XİN-i bəyanatda həmçinin bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün lazımi ciddi tədbirlərin görülməsini, sülh və müxtəlif dinə sahib olan insanların əmin-amanlıq dolu bir dünyada yaşaması üçün şərait yaradılmasını da beynəlxalq təşkilatlardan tələb edilib.
Bundan əvvəl də Səudiyyə Ərəbistanı son zamanlar Quran yandırma hadisələrinə reaksiya olaraq bəyanat yayımlamışdı.