İngiltərənin Olderşot şəhərində 33 yaşlı kuryer müştərisi 34 yaşlı Stiven Cenkinsonun baş barmağını dişləyib.
Qadın uzun müddət pizza sifariş edən Cenkinsonun ünvanını axtarıb. Kişi isə öz növbəsində telefonu evdə qoyduğu üçün sifarişi təsdiqləmək məqsədilə lazımi kodu ona deyə bilməyib.
O, kuryerə pizzanı götürəcəyini, sonra telefonla yanına qayıdacağını söyləyib. Lakin qadın Cenkinsona əsəbiləşib, onun üstünə atılıb, baş barmağını dişləyib və var gücü ilə onu vuraraq təpikləməyə başlayıb.
Kuryer qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə şübhəli bilinərək hadisə yerində həbs edilib və 2023-cü ilin mart ayına qədər zaminə buraxılıb. Yaralanan şəxs isə xəstəxanaya çatdırılıb.