Hazırda “Ən-Nəsr”də çıxış edən portuqaliyalı hücumçu Kriştianu Ronaldunun şərəfinə muzey açılıb.
Məlumata görə, o, Ər-Riyadda (Səudiyyə Ərəbistanı) yerləşir.
Muzey 38 yaşlı hücumçunun futbol karyerasından ən əlamətdar anları nümayiş etdirir.
Xatırladaq ki, Kriştianu 2023-cü ilin əvvəlində klubla 2025-ci ilin yayına qədər əmək müqaviləsi bağlayaraq “Ən-Nəsr”ə keçmişdi.
Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə təcrübəli hücumçu 13 oyuna çıxıb, 15 qol vurub (üçü penaltidən) və yeddi məhsuldar ötürmə edib.