Hazırda Çinin “Geely” konserninin mülkiyyətində olan London Taxi Company (adını dəyişdirərək LEVC) II Elizabetin taxta çıxmasının 70 illiyi münasibətilə yeni nəsil avtomobillərinin xüsusi versiyasını təqdim edib. Bununla bağlı ilkin kadrlar yayılıb.
Bildirilir ki, Böyük Britaniyanın bir simvolu Birləşmiş Krallığın başqa bir simvoluna hörmətini bu cür ifadə edib.
Məsələ burasındadır ki, maşınlar kraliçanın platin yubileyini simvolizə etmək üçün platin rəngdə təqdim olunub.
Onlardan bütün ölkə üçün mühüm hadisə ilə bağlı təntənəli tədbirlər zamanı fəxri qonaqları daşımaq üçün istifadə ediləcək.