Ceyms Uebb kosmik teleskopu nəhəng Pandora qalaktika topasının indiyədək görülməmiş detallarını aşkar edib.
Astronomlar yeni şəkillərdə 50 minə yaxın infraqırmızı işıq mənbəyini müəyyən edə biliblər.
Şəkildə meqatoplu yaratmaq üçün birləşən üç nəhəng qalaktika çoxluğu görsənir. Onların birləşmiş kütləsi güclü cazibə obyektivi yaradır ki, bu da kainatda hətta Ceyms Uebbin də birbaşa görə bilməyəcəyi daha uzaq qalaktikaları görməyə imkan verir.
Bildirilir ki, qravitasiya linzaları uzaq obyektlərin görünüşünü təhrif edir, buna görə də onlar ön plandakı ulduzlardan tamamilə fərqli görünürlər.
Məlumata görə, Ceyms Uebb yeni təsvirlərini çəkmək üçün cəmi 30 saat müşahidə aparıb.