İsrail rejiminin Qəzzaya qarşı müharibəsi təkcə döyüş meydanında bu rejimdən itkilər almaqla bitmir, rejim həm də cəbhə xəttindən kənarda insan itkiləri verməkdədir.
İsrail rejiminin mətbuatı bu gün (bazar ertəsi) İsrail rejiminin Braziliya əsilli əsgəri Santiaqo Ovadiyanın Qəzza zolağındakı müharibədən qayıtdıqdan sonra intihar etdiyini bildirib.
Sionist əsgərlərin intiharı artıq neçənci dəfədir ki, mediada yer alır.
Müharibə və onun nəticələri çoxlu sayda sionist əsgərin psixiatriya mərkəzlərinə getməsinə səbəb olub.
Amerika mediası bu yaxınlarda sionist əsgərlər və onların ailələrinə istinadən xəbər yayaraq elan etdi ki, bir çox İsrail qüvvələri Qəzza müharibəsindən qayıtdıqdan sonra ağır psixi pozğunluqlar keçirib və Livanla müharibədə iştirakdan hədsiz dərəcədə qorxurlar.
Qafqaztimes
Al-alam