QafqazTimes.com CNN-ə istinadən xəbər verir: Dünyanın ən böyük kruiz laynerində COVİD-19 partlayışı baş verib. Royal Caribbean kompaniyasının Symphony Of The Seas kruiz gəmisində artıq 48 nəfər nəfərdə COVID-19 aşkarlanıb. Hadisə layner bir həftəlik səfərdən Mayamiyə qayıdan zaman baş verib. Gəmidə 6 min nəfər var. Yoluxanlar istisnasız olaraq vaksin edilənlərdir. Gəmidəki 6 min nəfərin 95 faizi vaksinlənmiş sərnişinlərdir. Hələ ki yoluxanların hansı ştamma yoluxduğu məlum deyil.
COVİD-19 pandemiyası başlayan zaman ölüm qorxusu altında bütün kruiz səfərləri ləğv edildi. İnsanlara xəbərdarlıq edilsə də, əksəriyyət vaksinə aldanıb, adi həyata qayıtmağa cəhd edir. Kruiz səfərləri isə ipə-sapa yatmayan milyonerlərin səfərləridir. Sıravi insanlar belə səfərləri ağlından keçirə bilmir. Karib hövzəsində bir həftəlik səfər bir nəfər üçün 1500-3000 (sadə kayut, balkonlu lyuks) avrodur. Hamı bilir ki, bu səfərlərdə əksəriyyət sərxoş olur. Pandemiya şəraitində belə fəza ən təhlükəli fəza sayıla bilər.
