Cənubi Koreya hökumətinin it ətini yeməklə bağlı qadağası fermerləri ayağa qaldırıb. Onlar hökuməti iki milyon iti paytaxt küçələrinə buraxmaqla hədələyirlər.
İslahat əleyhdarları – ilk növbədə təsərrüfat sahibləri parlament binası qarşısında etiraz aksiyası keçiriblər. Onların sözlərinə görə, qadağa onların işlərinin sonu olacaq.
Bu səbəbdən fermerlər təhdidlərə əl atıblar və artıq ehtiyac olmadığı üçün milyonlarla iti küçələrə buraxacaqlarını bildiriblər.
Qeyd edək ki, ölkədə restoranlar və qəlyanaltılar üçün itlər donuz və ya inək kimi xüsusi fermalarda yetişdirilir. Onlar, adətən altı aydan bir yaşa qədər kəsilir.
1 şərh
Hello this is somewhat of off topic but I was wanting to know if blogs use WYSIWYG editors or if you
have to manually code with HTML. I’m starting a blog soon but have
no coding skills so I wanted to get guidance from someone with experience.
Any help would be enormously appreciated!