İspaniyada köpəkbalığı sahil yaxınlığında üzən və istirahət edən insanlara hücum edib.
Məlumata görə, çimərliklərin birində çəkicbaşlı köpəkbalığı sürətini artıraraq sahildə dincələn insanlara tərəf istiqamət alıb, lakin sonda o, geri dönmək qərarına gəlib.
Köpəkbalığının uzunluğunun təxminən üç metr olduğu bildirilib.
Hadisədən iki saat sonra xilasedicilər digər çimərlikdə qırmızı bayraq qaldırıblar. Orada bir turist sudan çıxan köpəkbalığı üzgəcini vaxtında görə bilib və lentə alıb.
Nəticədə, köpəkbalığı hücumu təhlükəsi səbəbindən İspaniyada üç çimərlik bağlanıb.