Suriyada barış mərkəzinin müavini bu ölkədə ABŞ koalisiya qüvvələrinin təhlükəli uçuşlarının davam etdiyini, Cəbhətin Nusrə terror qüvvələrinin 6 dəfə hava məkanından güllələr yağdırdığını bildirib.
Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, dünən axşam (12 sentyabr) Amerikanın Suriyada başçılıq etdiyi Cəbhətin Nusrə terrorçu koalisiyası qırıcı təyyarələrlə 6 dəfə bu ölkənin hava məkanına təcavüz edib.
Barış Mərkəzinin sədr müavini Vadim Kolit mətbuat konfransı zamanı deyib ki, ötən 24 saat ərzində beynəlxalq protokollara zidd olaraq Suriyanın hava məkanında 25 dəfə qanunsuz uçuşlar aparmaqla yanaşı havadan güllələr yağdırıb.
Kolit həmçinin deyib: Amerikanın anti-terrorist adı altında Suriyada yaratdığı təhlükələr davam etməkdədir və ötən sutka ərzində 13 dəfə qırıcı təyyarə və 12 dəfə pilotsuz aparatlarla hava məkanını pozub.
Vadim Kolit bir daha Suriya dövlətinin bu məsələnin sülh yolu ilə həll olunması, xalqın təhlükəsizliyinin təmini istiqamətində əlindən gələni əsirgəməyəcəyini də vurğulayıb.