Böyük Britaniyanın “Marks & Spencer” şirkəti yeni hibrid çiyələk yetişdirib.
Ağ çiyələk qırmızı çiyələyə tam bənzəsə də, dadı çox fərqlidir.
İstehsalçılar qeyd ediblər ki, yeni növ çiyələk ananas və vanil qarışıqlı şirin dada malikdir.
“Ağ çiyələklərimizin mükəmməl ölçüsünə və keyfiyyətinə nail olmaq üçün ənənəvi çiyələk növü ilə bərabər Yapon ağ çiyələk toxumlarından da istifadə etdik. Biz yeni məhsulumuzu Yaponiyadakı fermerlərlə bərabər təbii mühitdə yetişdirmişik”, – deyə istehsalçılar qeyd ediblər.
Əlavə edək ki, ağ çiyələyin kilosu 21 dollardır. Baha olduğu üçün 200 qramlıq paketlərdə müştərilərə 5 dollara (8 manat 50 qəpik) təqdim edilir.