ABŞ prezident seçkilərinə namizəd Co Baydenin ehtiyatda olan hərbçilərin səfərbərliyi və onların Avropaya göndərilməsi barədə son bəyanatından sonra Vaşinqtonun Rusiya ilə quru müharibəyə hazırlaşdığından xəbər verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Robert Kennedi Junior dünən (14 iyul) Co Baydenin bəyanatına reaksiyada deyib: Amerika prezidentinin Natonun Avropada gücləndirilməsi məqsədilə ehtiyat qüvvələrinin ezam edilməsi qərarı faktiki olaraq Rusiya ilə müharibəyə hazırlıq deməkdir.
Kennedi twetter hesabında yazıb: Son günlər Co Bayden Atlantik qətiyyəti əməliyyatı adı altında Avropaya 3 min hərbi qüvvəsini səfərbər etməsi yaxşı əlamət deyil. Mən insanların bu səfərbərliyin altında hansı məqsədlər olduğunu bilməsini istəyirəm. Bu isə yalnız Rusiya ilə müharibəyə hazırlıq deməkdir.
Qeyd edək ki, dünən (14 iyul) ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynada müharibəsi davam etdiyinə görə Pentaqonun Şərqi Avropaya 3000-dək ehtiyat qüvvə göndərməsinə icazə verən fərman imzalayıb.
Ehtiyatda olanlara həqiqi xidmətdə olanlarla eyni üstünlükləri verən yeni icazəyə əsasən, onlar NATO və onun şərq cinahını möhkəmləndirən davamlı rotasiya yerləşdirməsində – “Atlantik qətiyyəti” əməliyyatında iştirak edəcəklər.
Ötən ilin fevralında Rusiyanın hücumu başlayandan bəri ABŞ Avropada öz qoşunlarının sayını 80 000-dən 100 000-dən çox hərbi qulluqçuya qədər artırıb. Lakin Amerika qoşunlarının heç biri müharibədə birbaşa iştirak etmir, çünki Ukrayna hazırda NATO-nun üzvü deyil.