“Apple”ın keçmiş baş dizayneri ser Conatan Ayv Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi üçün emblem yaradıb.
Müvafiq məlumat Britaniya kral ailəsinin rəsmi saytında yer alıb.
“Emblem Böyük Britaniyanın dörd xalqının florasını bir araya gətirir. İngilis qızılgülü, şotland şeytanqanqalı, uels nərgizləri və irland şamroku. Çiçəklər birlikdə III Çarlzın 6 may şənbə günü Vestminster Abbatlığında mərasim zamanı qoyacağı Müqəddəs Edvard Tacının formasını yaradır.
Emblem Böyük Britaniya bayrağının rənglərindən olan qırmızı, ağ və mavi rənglərdən istifadə edilməklə hazırlanıb.