Çində hələ də sərt koronavirus tədbirləri davam edir.
300 min insanın çalışdığı fabrikdə aşkarlanan yoluxma halları işçilər arasında çaxnaşma yaradıb. Nəticədə fabrik işçiləri qaçıb.
Dünyanın ən böyük mobil telefon istehsalçılarından birinin işçilərinin qaçarkən çəkilən görüntüləri sosial mediada gündəm olub.
Görüntülərdə karantində olan işçilərin tikanlı məftillərdən tullanaraq ərazini tərk etdikləri əks olunub.
İctimai nəqliyyatın olmaması səbəbindən onlar kilometrlərlə yolu piyada getməyə məcbur qalıblar. Bəzi işçilər isə meşəlik ərazidə qurduqları çadırlara sığınıblar.
Polis qaçan işçiləri yaxalayıb və yenidən karantinə alıb.
Həmçinin epidemiya ilə mübarizə üçün Uhan şəhərinə hərbi maşınlar göndərilib.
Qeyd edək ki, Şanxayda hətta “Disneyland” daxilindəki ziyarətçilər də karantinə alınıb.