Kanadada ölkə tarixinin ən güclü meşə yanğınları tüğyan edir. Bununla əlaqədar şəhər və kəndlərdən on minlərlə insan təxliyə edilir.
Məlumata görə, hazırda ölkənin şimal-qərbində 381 aktiv ocaq var. Onlardan 166-sı idarəolunmaz olaraq qalır.
Hökumət artıq Keloun şəhərində fövqəladə vəziyyət elan edib.
Yanğın həmçinin Okanaqan gölündə tarixi kurortu və Qərbi Kelounun şimalında çox sayda evi məhv edib.
Yellonayf şəhərində 20 mindən çox, Britaniya Kolumbiyasından isə 5 minə yaxın insan təxliyə edilib.