Kalinforniya ştatının qubernatoru Qavin Nyusom bazar günü axşam saatlarında ABŞ hökumətinin bu ştata hərbçilər göndərməsi qərarını sərt şəkildə tənqid edib.
O bildirib: “Trampın Los-Ancelesə 2 min nəfərlik Milli Qvardiya qüvvəsi göndərməkdə məqsədi böhran yaratmaqdır.” Nyusomun sözlərinə görə, Tramp vəziyyəti qəsdən xaosa sürükləyərək zorakı basqıların əsaslandırılmasına çalışır.